XƏBƏRLƏR

ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

11 oktyabr, 2019

Regional İnkişaf İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Regional İnkişaf İctimai Birliyinin müraciəti əsasında Zəngilan  rayonundan məcburi köçkün, hazırda Azərbaycan Tibb Universitetinin  4 saylı yataqxanasında məskunlaşmış İsmayılova Elza Oruc qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımı Əliyevaya ünvanlanmış müraciətinə operativ baxılaraq, onu Azərbaycan Dillər Universitetində müəllim vəzifəsinə işlə təmin etdiyinizə görə təşəkkürümüzü bildirir və fəaliyyətinizdə uğurlar arzulayırıq”.