XƏBƏRLƏR

Səməd Seyidov Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb

11 oktyabr, 2019

Milli Məclisin AŞPA-ya nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: 

“Siyasi Psixologiya Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilmiş “Siyasi Psixologiya Məktəbi”nin üzvləri (Cavidan Abudov, Mehrac Əliyev, Əlibala Xəlilov, Zəminə Abdullayeva, Ayan İsmayılova) cari ilin 30 sentyabr - 7 oktyabr tarixlərində Fransanın Strazburq şəhərinə AŞPA-nın Payız sessiyasında iştirak etmək üçün rəhbərlik etdiyim nümayəndə heyəti ilə birgə səfər etmişdilər. Qeyd etmək istəyirəm ki, səfər zamanı üzvlər həm də Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün əlavə təcrübə keçiblər. Səfərdə iştirak  edən tələbələrdən biri (Abudov Cavidan) rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin tələbəsidir. Sözügedən gənc sessiyada yüksək səviyyədə iştirak edərək unudulmaz təcrübə qazanmışdır. Çox şadam ki, ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə gördüyünüz işlər öz əksini tapır. Bunun üçün həm Beynəlxalq münasibətlər və parlametlərarası əlaqələr komitəsinin sədri kimi, həm də Siyasi Psixologiya  Mərkəzinin direktoru kimi Sizə dərin minnətdarlığımı bildirir və bu çətin və şərəfli yolda Sizə uğrlar arzu edirəm”.