XƏBƏRLƏR

ADU-nun rektoruna universitet müəllimləri təşəkkür məktubu ünvanlayıblar

27 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdullaya universitetin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının rus dili müəllimləri dosent Zülfünaz Babaşova, dosent Fidan Baxşıyeva, dosent Leyla Həmidova və baş müəllim Nailə Ağayeva təşəkkür məktubu ünvanlayıblar.

Məktubda bildirilir ki, sentyabrın 17-də adıçəkilən müəllimlərin dərs yüklərinin çatışmazlığı ilə bağlı rektora müraciətlərindən sonra rus dili müəllimləri dərs yükü ilə təmin olunublar.

“Bunun üçün Sizə minnətdarlığımızı bildiririk. Çox məmnun olduq ki, Sizin operativ müdaxiləniz öz bəhrəsini dərhal verdi. Bir daha təşəkkür edir və Sizə rektor kimi işlərinizdə nailiyyətlər arzu edirik” – deyə məktubda deyilib.