XƏBƏRLƏR

ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

26 sentyabr, 2019

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“Azərbaycan Dillər Universitetində bizi səmimi şəkildə qəbul etdiyiniz üçün sizə ürəkdən minnətdarıq. Uzun illərdi davam edən əməkdaşlıq əlaqələrimizi yüksək qiymətləndirir və sizi hər zaman Ural Federal Universitetində gözləyirik.  Əlaqələrimizin inkişafı çərçivəsində sizi və həmkarlarınızı Ural Federal Universitetinin təşkil etdiyi IV Beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.

Təklif edirəm ki, Azərbaycan Dillər Universitetinin müəllim heyətinin ixtisaslaşmasının yüksəldilməsi üçün sizin maraqlarınız çərçivəsində bir sıra məsələlərə baxasınız”.