ADU-da "Dərsliklərin təqdimatı və analizi” adlı təlim keçirilib
24 sentyabr, 2019
Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunda "Azərbaycan-alman dili müəllimləri Birliyi"nin “Hueber” nəşriyyatı ilə birgə əməkdaşlığı çərçivəsində ali məktəb müəllimləri üçün "Dərsliklərin təqdimatı və analizi” adlı təlim təşkil edilib.
Təlimdə müxtəlif universitetlərdən 24-ə yaxın ali məktəb müəllimi iştirak edib.