XƏBƏRLƏR

ADU-da "Yay təqaüd proqramları bizə nə qazandırdı?" adlı tədbir təşkil olunub

24 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunda "Azərbaycan-alman dili müəllimləri Birliyinin" "Yay təqaüd proqramları bizə nə qazandırdı?" adlı tədbiri təşkil olunub.

Azərbaycanlı alman dili müəllimləri iştirak etdikləri Almaniya, Avstriya və Gürcüstanda təşkil olunan ixtisasartırma kursları barədə məlumat veriblər, qazandıqları yeni bilik və təcrübəni bölüşüblər.

Növbəti aylarda isə iştirakçılar üçün yeni ixtisasartırma kursları planlaşdırılır.