XƏBƏRLƏR

TGT nəzdində fəaliyyət göstərən Gənc Xeyriyyəçilər Klubu Qurbanovlar ailəsini ziyarət edib

24 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Gənc Xeyriyyəçilər Klubunun üzvləri təşkilat tərəfindən himayəyə götürülən ailələrdən biri olan Qurbanovlar ailəsini ziyarət ediblər. Ziyarət zamanı ailəyə ərzaq yardımı edilib və ailənin ehtiyacları ilə maraqlanılıb.

Qeyd edək ki, ailə 2 nəfərdən, 2012-ci il təvəllüdlü Gülay Qurbanova və anasından ibarətdir. Gülay və anasının yaşadıqları mənzil istifadəyə yararsız, soyuq və şəraitsiz vəziyyətdədir. Balaca Gülayın isə kəllə daxili təzyiqi var, səhhətində və nitqində müəyyən problemləri var. 20 sentyabr tarixində isə Gülayın 7 yaşı tamam olurdu. Doğum günün mübarək, Gülay. Biz səninləyik və təhsilin üçün də əlimizdən gələni edəcəyik!