XƏBƏRLƏR

Avropa Dilləri Günü münasibətilə tədbir keçiriləcək

23 sentyabr, 2019

Avropa Komissiyasının 6 dekabr 2001-ci ildə təsis konfransında qəbul etdiyi qərara əsasən dünyada 26 sentyabr Avropa Dilləri Günü kimi qeyd edilir.

Azərbaycanda ilk dəfə olaraq bu təntənəli tədbir Azərbaycan Dillər Universitetinin 2 saylı binasında 26 sentyabr 2019-cu il tarixdə baş tutacaqdır.

Tədbirin keçirilməsində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevin Universitetin professor-müəllim heyətinin, Azərbaycanda akkreditə olunmuş Avropa ölkələrinin səfirliklərinin, BMT, Avropa İttifaqının və YUNESCO-nun nümayəndəliklərinin iştirakı gözlənilir.

Tədbirdə Rumıniya, Serbiya, Xorvatiya, Almaniya, Fransa, Macarıstan və digər Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirliklərin milli adət-ənənələrini əks etdirən nümunələrə baxış keçiriləcəkdir.

Tədbirdə eyni zamanda “British school in Baku” və “Landau” məktəblərinin şagirdlərinin çıxışları və Universitetimizin “ Dalğa” rəqs qrupunun çıxışları olacaqdır.