Fikrət Cahangirov: “Təhsil fakültəsi üzrə struktur dəyişikliyi idarəetmənin və tədrisin keyfiyyətinə öz töhfəsini verəcək”
ADU Elmi Şurasının 08 iyun 2019-cu il tarixli (protokol N=29) iclasında Təhsil fakültəsi üzrə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təhsil fakültəsi 2 yerə bölünmüş və onun bazasında Təhsil 1 və Təhsil 2 fakültələri yaranmışdır. (12.07.2019-cu il tarixli, 78 saylı əmr) Təhsil 2 fakültəsinin nəzdində 13 kafedra fəaliyyət göstərmişdir. Bu kafedralar yeni yaradılmış fakültələrə aşağıdakı kimi təhkim olunmuşdur:
Təhsil fakültəsi -1
İngilis dilinin fonetikası kafedrası
Linqvokulturologiya kafedrası
Pedaqogika kafedrası
Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası
Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -1 kafedrası
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası
Təhsil fakültəsi -2
İngilis dilinin qrammatika kafedrası
Fransız dilinin leksikologiyası kafedrası
Təlimdə innovasiyalar kafedrası
Psixologiya kafedrası
Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrası
Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrası
Əmrə əsasən adı çəkilən fakültələrin ixtisasları aşağıdakı kimi bölünmüşdür: Təhsil fakültəsi -1 İngilis dili müəllimliyi ixtisası Alman dili müəllimliyi ixtisası Təhsil fakültəsi -2 İngilis dili müəllimliyi ixtisası Fransız dili müəllimliyi ixtisası İbtidai sinif müəllimliyi ixtisası Məktəbəqədər təlim və tərbiyə ixtisası Təhsil fakültəsinin bazasında yaradılmış Təhsil 1 və Təhsil 2 fakültələrində ixtisaslar üzrə tələbələrin sayı 2019/2020-ci tədris ili üzrə aşağıdakı kimi olmuşdur: Təhsil fakültəsi -1: 1757 tələbə Təhsil fakültəsi -2: 1505 tələbə Hesab edirik ki, yuxarıda qeyd edilmiş struktur dəyişiklikləri idarəetmənin səmərəliliyini daha da artıracaq və tədrisin keyfiyyətinə öz töhfəsini verəcəkdir.