XƏBƏRLƏR

Alman oxu zalının əməkdaşları beynəlxalq seminarda uğurla iştirak ediblər

09 sentyabr, 2019

Alman oxu zalının baş mütəxəssisləri Mətanət İsgəndərova və Lamiyə Mustafayeva Tiflis şəhərində Höte İnstitutu tərəfindən təşkil onunan “Gələcək üçün ən yüksək formada innovativ kitabxana marketingi - xidmətlər, təkliflər və dəyişmiş məkan“ adlı beynəlxalq təkmilləşdirmə seminarında iştirak ediblər.

Seminar Azərbaycan, Ermənistan və Gürcüstandan olan, Höte İnstitutunun oxu zallarında çalışan əməkdaşlar üçün nəzərdə tutulub və seminar Köln kitabxanasının müdiri xanım Hannelore Fogt tərəfindən aparılıb.

Seminarın əsas məqsədi oxu zalından istifadə edən müəllim və tələbələrə göstərilən xidmətin daha yüksək formada təşkil olunması olub.