XƏBƏRLƏR

ADU-da abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək

26 iyul, 2019

Əziz abituriyentlər!

Azərbaycan Dillər Universiteti ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri elan edir. “Açıq qapı” günlərində iştirak etməklə siz universitetin daxili strukturu, təhsilin səviyyəsi, universitetdə tədris olunan dillər və s. haqqında ətraflı məlumat əldə edəcəksiniz. “Açıq qapı” günlərində iştirak etmək üçün sadəcə göstərilən tarixlərdə universitetin 1 saylı tədris korpusuna (Əsas korpus) gəlmək kifayətdir. Qeyd edək ki, Azərbaycan Dillər Universitetinə qəbul 2-ci və 3-cü ixtisas qrupları üzrə aparılır. Ünvan: Rəşid Behbudov küçəsi 134 (28 may metro stansiyasının 2-ci çıxışı)