XƏBƏRLƏR

Böhtan və şərə son qoyulmalıdır - MÜRACİƏT

24 iyul, 2019

Azərbaycan Dillər Universiteti – bu ad nəinki burada təhsil alanlara, bu təhsil ocağını bitirənlərə, burada çalışanlara, hətta çoxlarına doğmadır. Elə bir ailə olmaz ki,  onların yaxınlarının yolu buradan keçməsin. Mübadilə proqramı ilə, universitetin daxili imkanları hesabına xarici ölkələrdə təhsil alan, ölkəmizi layiqincə təmsil edən tələbələrimizin, yüksək vəzifələrdə çalışan neçə-neçə məzunlarımızın adlarını  fəxrlə çəkə bilərik. Daim öz nüfuzunu savadlı, ziyalı, işini sevən, peşəkar müəllim-professorlar sayəsində saxlayan, bir çox yeniliklərə, ilklərə imza atan universitetin adı son zamanlar təəssüflər olsun ki, qalmaqallarda hallanır. Kafedramızın əməkdaşı Vüsalə Ağabəylinin mövqeyinə münasibət bildirən universitetimizin dəyərli müəllim-professor heyətini dəstəkləyir, onu bu qalmaqallara son qoymağa çağırırıq. Savadsız adlandırdığı (əslində onları savadsız deyil, proqramı mənimsəməkdə çətinlik çəkən adlandırmaq daha doğru olardı) tələbələri, kafedramızın təşəbbüsü ilə “Foundation” (1-ci kurslar üçün) “Conversation” (1,2,3-cü kurslar üçün) əlavə kurslar yaradılmış, onların tədris prosesindən geri qalmamaları üçün hər cür köməklik göstərilmişdir.

Ümumiyyətlə, akademik Kamal Abdullanın rektor təyin olunmasından bəri universitetimizə gətirdiyi yenilikləri görməmək mümkün deyil. Ən təqdirəlayiq işlərdən biri, tələbələrin-gələcək müəllimlərin təcrübə müddətini Azərbaycanın müxtəlif rayonlarında, məcburi köçkün, qaçqın məktəblərində könüllü olaraq çalışmalarıdır.

Professor Məsməxanım Qazıyeva nəinki Universitet daxilində, universitet xaricində də  kifayət qədər nüfuza malik, hər bir situasiyada öz tolerantlığını qoruyub saxlayan ziyalı qadındır. Onun barəsində yazılan  xoşagəlməz ifadələri doğru hesab etmir və qəti şəkildə əleyhinəyik.

Biz, Linqvokulturologiya kafedrasının müəllimləri Vüsalə xanıma universitet, kafedranın nüfuzuna  xələl gətirən yanlış addım atmamağa, öz enerjisini, potensialını sosial şəbəkələrdə qalmaqallı yazılara deyil, daha düzgün istiqamətə-elmə, təhsilə, sağlam, gənc nəslin inkişafına yönəltməsini məsləhət görürük.

Linqvokulturologiya kafedrasının müəllimləri olaraq, universitetimizdə baş verən olaylardan narahatlığımızı bildirir, dosent Vüsalə Ağabəyli və onun havadarları tərəfindən universitetin əməkdaşları və akademik Kamal Abdullaya  ünvanlanmış əsassız, böhtan xarakterli və məkrli yazılarına son qoyulmasını tələb edirik. Hesab edirik ki, bu cür böhtan dolu  yazılar universitetimizin nüfuzuna xələl gətirə bilməz. Bu universitet həmişə öndə gedən, öz nailiyyətləri ilə seçilib sevilən elm ocağı olmuş və yenə öz səviyyəsini saxlayıb və saxlayacaq da.

Son 2 ildə qazandığımız nailiyyətlər bunun sübutudur. Təkrara varmaq istəmirik. Universitet məzunlarının səsləri dünyanın bir çox ölkələrindən gəlir. Məgər siz -Vüsalə xanım  bu universitetin məzunu deyilmisiniz? Bu münaqişəyə son qoyulmalıdır.

Kafedranın adından deyə bilərik ki, Vüsalənin bugünə kimi səsləndirdiyi bütün fikirlər cəfəngiyyatdan başqa bir şey deyildir. Dediyimiz budur ki, universitetin, kafedranın nüfuzuna xələl gətirən böhtanlardan əl çəksin. Ona görə də Vüsalə, hamımız sənə səslənirik, şər və böhtanlarından əl çək və bizi rahat burax.

Professor Qazıyeva Məsməxanım

Dosent Quliyev Tofiq

Dosent Cəfərova Kəmalə

Fil.f.d. Gözəlova Nərgiz

Fil.f.d. Ağayeva Rəşidə

Fil.f.d. Məmmədzadə Aynur

Fil.f.d. Zöhrab Məsmə Məcid

Baş müəllim Şamıyeva Rəbiyyə

Baş müəllim Məlikova Gülnarə

Baş müəllim Cəlilova Xanım

Baş müəllim Məmmədova İlahə

Baş müəllim Orucova Səidə

Baş müəllim Mehdiyeva Səidə

Baş müəllim Məmmədova Aynur

Baş müəllim Mahmudova Firəngiz

Baş müəllim Əsədova Ülkər

Baş müəllim Həsənova Nəzakət

Baş müəllim Hasanquliyeva Elnarə

Baş müəllim Cahangirova Gülbəniz

Müəllim  Eyubova Nurlana

Müəllim Səfərova Aysel

Müəllim Əliyeva Yaqut

Müəllim Paşazadə Nərgiz

Müəllim Novruzova Səadət

Müəllim Putayeva Elnarə

Laborant Davudova Elfinaz

Laborant Məmmədova Leyla

Laborant Nəsibli Fidan və digərləri