XƏBƏRLƏR

ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

23 iyul, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan və Çin dillərində tələbə əsərlərinin qaliblərinə Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 92-ci ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinə həsr olunan Sun Dzınin "Müharibə sənəti" – Mənim sevimli aforizmim mövzusunda mükafatlandırma mərasimi keçirilib.

Əsərlər dil bilmə səviyyəsinə, ədəbi və bədii üslubun xüsusiyyətlərinə və məzmunun özünəməxsusluğuna görə qiymətləndirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri, İpək yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolu, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin hərbi-siyasi prioritetləri, Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

Müsabiqənin qalibləri ADU-nun Konfutsi İnstitutunun kurslarında pulsuz Çin dili dərsləri hüququ alıblar.