XƏBƏRLƏR

Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir  

16 iyul, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün yay məktəbi təşkil edilib.

Bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin Çin İncəsənət həsr olunmuş ustad dərslərində iştirak ediblər. Yay məktəbində Azərbaycanı təmsil edən iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. ADU-nun tələbələri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirərək, Çinlilərə Böyük İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi ölkəmiz haqqında həqiqəti çatdırıblar. Tədbir çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dilində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə nəşr edilmiş “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” Azərbaycan Çin əlaqələrin inkişafına yönələn fəaliyyətinə həsr olunmuş kitabının təqdimatı keçirilib.