XƏBƏRLƏR

ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib

10 iyul, 2019
Bu ilin 9 iyul tarixində fransız dili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı keçirilib. Azərbaycan Dillər Universitetində 2015-2019-cu illərdə "fransız dili müəllimliyi" ixtisası üzrə təhsil almış Ayşən Niftəliyeva Rüstəm qızı imtahanda maksimum 60 baldan 53 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.