XƏBƏRLƏR

ADU-nun professoruna məqalə sifariş verilib

02 iyul, 2019

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının (United Kingdom) nəşr etdirdiyi “Advances in Social Sciences Research Journal” jurnalı ADU-nun professoru Fərman Zeynalova məqalə sifariş verib. Jurnalın redaksiyasından Fərman Zeynalova ünvanlanan məktubda qeyd olunub ki, alimin  “Universal Properties of Human Languages in the Light of Natural Phenomena” adlı məqaləsinə “İnternational Journal of English Linguistics” jurnalında rast gəliblər: “Bu, dərin təsir bağışlayan və mənalı bir məqalə idi. Məqaləniz bizim marağımıza səbəb oldu və jurnalımız sizin töhfənizdən faydalanmaq istəyir. Əgər sizin əlinizdə çap olunmamış məqaləniz, yaxud bizim jurnaldan təbliğat vasitəsi kimi məqalələrinizi çap etdirmək fikriniz və razılığınız varsa, zəhmət olmasa, onları baxılması üçün e-maillə bizə göndərin”.

Məktubda əlavə olunub ki, jurnalın  məqsədi yer kürəsinin hər tərəfində tədqiqatçıları himayə etmək, layiqli olanları tapmaq, əlyazmalarını çap etməklə onların yaradıcı işini önə çəkməkdən ibarətdir.