XƏBƏRLƏR

“Təlim prosesinin MOODLE sistemində təşkili” adlı seminar keçirilib

28 iyun, 2019

Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova “Təlim prosesinin MOODLE sistemində təşkili” mövzusunda seminar keçirib.

Müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biri  informasiya cəmiyyətinin tez-tez dəyişən tələbatını ödəyən mütəxəssis hazırlığıdır. Bu vəzifənin yerinə yetirilməsi üçün təlim prosesində   informasiya–kommunikasiya texnologiyalarının geniş imkanlarından istifadə edib təlim prosesinin keyfiyyətini artırmaq lazımdır.

Təhsil müəssisəsinin səmərəli idarə olunması, təlim prosesinin optimallaşdırılması məqsədilə  İKT-ya  əsaslanan yeni innovativ texnologiyaların tətbiqini zəruri edib. Bu səbəbdən ali təhsil müəssisələrinin idarə olunmasında və təlim prosesinin təşkilində MOODLE (modul obyekt yönümlü dinamik təlim mühiti) təlimi idarəetmə sisteminin (Learning Management Sistem) tətbiqi geniş vüsət alıb.

Tədbirdə MOODLE,  ondan istifadənin üstünlükləri, müəssisənin idarə olunması və təlim prosesinin təşkilində rolu haqqında ətraflı məlumat verilib.

Seminarda ADU-nun müəllimləri, magistrant və doktorantları iştirak ediblər.