XƏBƏRLƏR

“Nəsimi və intibah ideyaları” mövzusunda konfrans keçiriləcək

28 iyun, 2019

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Nəsimi və intibah ideyaları” mövzusunda

Respublika elmi konfransı

11 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Nəsimi və İntibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır: 1.Nəsimi və müasirləri 2.Nəsimi və bəşəri ideyalar 3.Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində Sizi bu konfransda iştiraka dəvət edirik. Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus. Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap ediləcəkdir. Məruzələrin son göndərilmə tarixi:           1 sentyabr 2019-cu il Məruzələrin  tərtibinə qoyulan tələblər:
  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
  • məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
  • məruzə elektron və ya kağız variantda təqdim olunmalıdır;
  Konfransın təşkilat komitəsinin ünvanı: Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq). Təşkilat komitəsi ilə əlaqə nömrələri: Tel:(+994 12) 441 22 78  (2 57) Mob:(+994 77) 588 19 31(S.R.İmanova) E-mail:   [email protected]   QEYDİYYAT VƏRƏQİ Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi  konfransı
İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                      
Təmsil etdiyi müəssisə, şəhər  
Telefon nömrəsi, elektron ünvanı