XƏBƏRLƏR

“Azərbaycan Bibliya Cəmiyyəti” sədri ADU-nun rektoruna təbrik məktubu göndərib  

21 iyun, 2019

“Azərbaycan Bibliya Cəmiyyəti” XDİ-nin sədri Rasim Xəlilov Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullaya 15 iyun- Milli Qurtuluş Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Rektor!

15 iyun - Milli Qurtuluş Günüdür!

Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. Ulu öndər Heydər Əliyevin iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.

Azərbaycan bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik bir ölkədir, qüdrətli sənaye respublikasıdır. Yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir. Azərbaycan mənafelərini bütün dünyada qələbə qazanması üçün fundamental baza rolunu oynamışdır.

Sizi bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Tanrı Azərbaycana xeyir-dua versin!”.