XƏBƏRLƏR

Məktəb direktoru təşəkkür məktubu göndərib

19 iyun, 2019

Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həsənova Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullaya təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“Rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı - 2 kafedrasının dosenti Mehriban Hüseynova, baş müəllim Təranə Zeynalova, Günay Qarayeva başda olmaqla IV kurs tələbələri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə oldular. Təcrübə müddətində onlar məktəbin ictimai pedaqoji həyatında fəallıq göstərərək müxtəlif məzmunlu tədbirlərin təşkilində və aparılmasında iştirak etmişlər.

Məktəbimizdə apardıqları pedaqoji ictimai fəaliyyətə görə Siz başda olmaqla dosent Mehriban Hüseynovaya, baş müəllim Təranə Zeynalovaya, Günay Qarayevaya və IV kurs tələbələrinə öz dərin təşəkkürümü bildirirəm”.