XƏBƏRLƏR

ADU-da startap təlimi keçirilib

19 iyun, 2019

Azərbaycan Dillər Universitetində Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə startap təlimi keçirilib.

Tələbələr arasında innovativ və startap fəaliyyətinin inkişafını və bu sahədə işlərin aparılmasını təmin etmək məqsədilə həyata keçirilən layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Vergilər Nazirliyi ilə birgə təşkil olunub.

Təlimdə EnterpriseAzerbaijan Portalının nümayəndəsi Oruc Dursunzadə çıxış edərək universitetin müəllim və tələbə heyətini portalla tanış edib, daha sonra Azexport Portalının meneceri Ayxan Qədəşov Baku E-Commerce Academy ilə birlikdə “Amazon-la qazan” təlimləri barədə danışıb.

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov isə vergi islahatları barədə ətraflı məlumat verib.