XƏBƏRLƏR

Macarıstan səfiri ADU-nun rektoruna təşəkkür məktubu göndərib

18 iyun, 2019

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi 22 may 2019-cu il tarixində Mikloş Radnotinin anadan olmasının 110 illiyinə həsr olunmuş kitab təqdimatının təşkil olunmasında səfirliyə göstərdiyi köməyə görə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Bu tədbirin universitetinizdə uğurlu olmasına dəstək verməyiniz çox vacib idi. Əminəm ki, bu ümumiyyətlə Azərbaycan və Macarıstan arasında, eləcə də müəssisənizlə səfirliyimiz arasında olan yüksək səviyyəli əlaqələrə çox böyük töhfə verib. Ümid edirəm ki, əməkdaşlığımız davam edəcək və bizim bunu genişləndirməyə imkanımız olacaq.

Hörmətli cənab rektor, fürsətdən istifadə edib Sizə bir daha öz dərin ehtiramımı bildirirəm”.