XƏBƏRLƏR

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası maarifləndirici tədbir keçirib

31 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın mövzusu ətrafında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova sərəncamdan irəli gələn vəzifələr haqqında geniş məlumat verib.

Kafedranın baş müəllimi Rəna Əhmədova mövzunun maarifləndirmə sahəsində aktuallığını və əhəmiyyətini vurğulayıb.

Tədbirdə kafedranın müəllimləri və Təhsil fakültəsinin III kurs tələbələri iştirak ediblər.

Kafedranın baş müəllimləri Rəna Əhmədova və Sədaqət Musayevanın 312 a, 307 a, 307 b  qrup tələbələri mövzu ətrafında çıxışlar edib və videoçarxlar nümayiş etdiriblər.