XƏBƏRLƏR

ADU-da gözəllik yarışmasının finalı keçirilib

29 may, 2019

Azərbaycan Dillər Universitetində “Miss & Mister AUL Beauty Contest” yarışmasının finalı olub. Finalda I yeri II kurs SABAH tələbəsi Ləman Hüseynova tutmaqla ADU gözəli seçilib.

SABAH qruplarının rəhbəri Aynur Budaqova bildirib ki, Ləman Hüseynova öz ixtisası üzrə dərslərindən başqa boş vaxtlarında gitarada ifa edən, dərnəklərdə aktyorluq bacarığını üzə çıxaran və professional üzgüçülük və volleybolla məşğul olan aktiv tələbələrdəndir.

Aynur Budaqova müsabiqələrin təşkilatçılığı üçün ADU rəhbərliyinə təşəkkür edib.