XƏBƏRLƏR

“İctimai lirikanın banisi İmaddədin Nəsimi” adlı tədbir keçirilib

29 may, 2019

Mayın 29-da Azərbaycan Dillər Universitetində Sabah Mərkəzinin  təşkilatçılığı ilə “ İctimai lirikanın banisi İmaddədin Nəsimi” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru  Əzizağa Nəcəfov  qeyd edib ki,  Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır. 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun elmi və ədəbi ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Filologiya üzrə elmlər doktoru Lalə Əlizadə bildirib ki, Nəsiminin yaradıcılığının əsas hissəsi Azərbaycan dilində olması ilə bərabər, müəyyən hissəsinin Şərq dillərindən ərəb və fars dillərində olması, bütövlükdə şairin yaradıcılığı və fəaliyyəti ümumşərq ictimai və ədəbi-fəlsəfi mühitində baş verdiyi üçün onun əsərlərinin tədqiqi şərqşünas alimlərin də üzərinə böyük vəzifələr qoyur.

Filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı tədbirin əhəmiyyətindən danışıb, Nəsimi yaradıcılığının zənginliyini xüsusi olaraq qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov Nəsimi yaradıcığını yüksək qiymətləndirərək, tədbirin yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tədbir iştirakçılarını salamlayıb, Nəsimi irsinin öyrənilməsinin vacibliyini qeyd edib. Böyük Azərbaycan şairinin yaradıcılığından danışan natiq tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

ADU-nun SABAH mərkəzinin rəhbəri Aynur Budaqova tədbir iştirakçılarına, qonaqlara, tələbələrə təşəkkürün bildirib, bundan sonra da Nəsimi yaradıcılığının tədqiqində davamlı işlərin görüləcəyini söyləyib.

Tədbir Sabah qruplarının tələbələrinin ifasında Nəsimi şeirlərinin nümunələrin səsləndirilməsi ilə başa çatıb.