XƏBƏRLƏR

ADU-da “İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı tədbir keçirilib

29 may, 2019

29 may 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrasının təşəbbüsü ilə “İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı tədbir keçirilib.

Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayeva, baş müəllimlər Könül Babayeva, Sevinc Əmirova, Heyran Zeynalova və Şəfəq İslamova imtahan stressi haqqında maraqlı nəzəri və praktik məlumatlar veriblər.

Sevinc Əmirovanın apardığı master-klassda tələbələr imtahan stressini  aradan qaldırmağın psixoloji texnikaları  ilə tanış olub və bu texnikaları yerinə yetiriblər.

Qeyd edək ki, tədbirdə Təhsil fakültəsinin 107 a, 107 b, 324 a və 324 b qruplarının tələbələri iştirak edib.