XƏBƏRLƏR

ADU-nun əməkdaşı tərifnamə ilə təltif edilib

29 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyeva Xəzər Universiteti Sumqayıt Dünya məktəbində ADU-nun pedaqoji təcrübə keçən IV kurs tələbələrinə 14 həftə müddətində psixoloq kimi rəhbərlik edib.

K.Haqverdiyeva pedaqoji təcrübə zamanı məktəbin təşkil etdiyi tədbirlərdə tələbələrlə birlikdə yaxından iştirak edib. O, gələcəyin müəllimi olacaq təcrübəçi tələbələrlə pedaqoji-psixoloji istiqamətdə də işlər aparıb. Belə ki, tələbələrlə gənc müəllimin qarşılaşdığı psixoloji çətinliklər, pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətləri, pedaqoji-psixoloji qiymətləndirmə kimi maarifləndirici tədbirlər təşkil edib.

Pedaqoji təcrübədə göstərdiyi fəaliyyətə görə Könül Haqverdiyeva Xəzər Universiteti Sumqayıt Dünya məktəbinin rəhbərliyi tərəfindən tərifnamə ilə təltif edilib.