ADU-da “Sıfırdan Sosial Sahibkarlığa” adlı təlim keçirilib
29 may, 2019
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbələrlə iş və tərbiyə şöbəsinin təşkilatçılığı ilə “BUTA Art & Sweets” və “Sosial Biznes Gənclər Mərkəzi” platformaların təsisçisi, Azərbaycanı BMT səviyyəsində təmsil edən ilk sosial sahibkar Sara Rəcəblinin təqdimatında “Sıfırdan Sosial Sahibkarlığa” adlı təlim keçirilib.
Təlimçi “Sosial sahibkarlıq dünyada və Azərbaycanda” , “Sosial biznesin idarə olunmasında çətinliklər”, “Banqladeş”, “Seneqal”, “Əfqanıstan” mövzuları haqqında geniş məlumat verib. O, çıxışında gənclərdə sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məsələsinə də toxunub.
Təlim diskusiya şəklində davam edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.