XƏBƏRLƏR

ADU tələbələrinin təşkilatçılığı ilə ədəbi-bədii tədbir keçirilib

27 may, 2019

Bakının Nizami rayonunda Namiq Həmzəyev adına 238 saylı  məktəbdə  Xarici dillərin tədrisi metodikasının metodisti  Nobahar Əzizovanın rəhbərliyi ilə pedaqoji təcrübə keçən ADU-nın 418 b qrup tələbələrinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının incilərinə həsr olunmuş ədəbi- bədii musiqili tədbir keçirilib.

Ədəbi-bədii musiqili tədbir Azərbaycan poeziyasının inciləri Mikayıl Müşfiq, İmaməddin Nəsimi və Hüseyn Cavidə həsr olunub.

Tədbirdə təcrübədən keçən tələbələrlə  yanaşı ADU-nun 204b qrup tələbələri Murad Əliyev və Aqil Əsədov  iştirak edib. Murad Əliyev mahnıları,  Aqil Əsədov isə öz şeri ilə tədbir iştirakçılarını valeh edib.

7c sinf şagirdləri Hüseyn Cavidin “İblis” əsərini səhnələşdiriblər. 7c sinif şagirdi İlnur Rzayev qarmonda,  6a sinfinin şagirdi Seyidcahan Əzizova  pianinoda “Vals” ifa edib. 7c sinif şagirdləri Elgün Bayramov  və 6d  sinif şagirdi Zəhra Babazadənin təqdimatında “ Uzundərə” rəqsini  izləyiblər.

Tədbirin sonunda metodist ADU haqqında ingilis dilində məlumat verib və sonda məktəbin direktoru İlqar Talıbova söz verilib.

Tədbir musiqi mömrəsi ilə başa çatıb.