XƏBƏRLƏR

“Ədəbiyyat və musiqi” adlı tədbir keçirilib

27 may, 2019

Mayın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrası və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ədəbiyyat və musiqi” adlı ədəbi-musiqili tədbir keçirilib.

Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbir iştirakçılarını salamlayıb, qonaqlara xoş sözlərini çatdırıb. Qeyd edib ki, Nəsimi kimi dahi şairin yaradıcılığı öz zənginliyi ilə fərqlənir.

Xarici ölkələr ədəbiyyatının dosenti Ülviyyə Əliyeva  bildirib ki, ədəbiyyat, musiqi və təsviri sənət fərqli yaradıcılıq sahələri olsa da, onların bədii-estetik harmoniyası insanlara yüksək zövq aşılayır, mənəvi yöndən zənginləşdirir. Çağdaş dövrdə bu fərqli sahələri təmsil edən gənc istedadların fikir mübadiləsi aparması və işbirliyi yeni-yeni ideyaların gerçəkləşməsinə zəmin yarada, əlverişli mühitin formalaşması ilə sonuclana bilər.

AMEA-nın  Memarlıq və incəsənət İnstitutunun “Muğamşünaslıq” şöbəsinin müdiri, professor Sevil Fərhadova tədbirin əhəmiyyətindən danışıb, təşkilatçılığa görə Azərbaycan Dillər Universitetinin kollektivinə təşəkkürünü bildirib.

Tədbir tələbələrin məruzləri və hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.