Tələbələr muzeylərdə olublar
27 may, 2019

Hər il olduğu kimi bu il də 18 may tarixində ölkəmizdə Beynəlxalq Muzeylər günü qeyd olunub. Ölkəmizin 12 muzeyi bu gündə qapılarını qonaqlara açıb. Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova Filologiya və jurnalistika, Təhsil fakültələrinin bir qrup tələbəsini Bakı şəhərində yerləşən bir sıra muzeylərə ekskursiyaya aparıb.





