XƏBƏRLƏR

Pedaqoji təcrübənin yekununa həsr olunmuş hesabat konserti baş tutub

27 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU ) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Xuraman Əsgərovanın təşkilatçılığı ilə Yasamal rayonu 176 saylı tam orta məktəbdə Pedaqoji təcrübənin yekununa həsr olunmuş “Deutsch macht Spaβ” hesabat konserti baş tutub.

Konsert həmin məktəbdə ADU-nun Təhsil fakültəsi üzrə pedaqoji təcrübə keçən 419-cu a qrupunun tələbələri - Aytən Rzayeva, Rəhimə Qasımova, Ülkər Muradlı, Aysel Hüseynova, Aytac Məmmədova, Nuray Mahmudova, Maral Baxşəliyeva, Şəhla Eyvazova, Nigar Əsgərova, Gülşən Bəhlulzadə və  həmin məktəbin  5 və 7-ci sinif şagirdlərinin iştirakı ilə məktəbdə keçirilən konsertin davamı təşkil olunub.

 Universitetə ekskursiya zamanı şagirdlər Tədris məsələləri üzrə prorektor, professor Əfqan Abdullayev, Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Sevinc Zeynalova, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasıın müdiri, professor  Sərxan Abdullayev, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov ilə görüşüb və universitet haqqında məlumat alıblar.

Daha sonra şagirdlər universitetin mərkəzləri ilə tanış olublar. Şagirdlərlə birgə ekskursiyada iştirak edən alman dili müəllimi Tamilla Mürsəlova və məktəb direktoru Məhəbbət Əsgərova öz təşəkkür məktubunu universitet rəhbərliyinə ünvanlayıb və universitetə,  təcrübə rəhbərinə və tələbələrə dərin təşəkkürünü bildirib.

Ekskursiya ADU-nun Germanistika İnstitunda şagirdlərin ifasında konsertlə yekunlaşıb. Konsert zamanı şagirdlər müxtəlif səhnəciklər nümayiş etdirib, mahnı və rəqslər ifa ediblər.