XƏBƏRLƏR

Olqa Vorobyova ADU-da ustad dərsi keçib

27 may, 2019

Filologiya və jurnalistka fakültəsi nəzdində  İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasına təhkim edilmiş Kiyev Milli Linqvistik Universitetinin  professoru Vorobyova Olqa Petrovna tərəfindən “Koqnitiv poetika: bədii mətnin konseptual analizi texnikası” mövzusunda ustad dərsi keçirilib.

Universitetin  professor-müəllim heyətinin iştirak etdiyi ustad dərsində müasir üslubi cərəyanlardan, rəqəmsal, mobil və azad ədəbi üslubda ambiquitivlikdən bəhs edilib.

Eyni zamanda bədii mətn nümunələri əsasında üslubi analiz aparma yolları təhlil edilib. Seminarın sonunda professor Vorobyova iştirakçıları maraqlandıra sualları cavablandırıb.

Eyni zamanda o, universitetlər arasında olan əməkdaşlıq mübadiləsini və ADU-da  multikultural dəyərləri əks etdirən müxtəlif mərkəzlərin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Qonaq elmi əməkdaşlıqdan məmnunluq duyduğunu və əlaqələrin gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib.