XƏBƏRLƏR

ADU-da Mark Tvenin əsəri ingilis dilində səhnələşdirilib

27 may, 2019

May ayının 24-də Azərbaycan Dillər Universitetində 28 may - Respublika Gününə həsr olunan Mark Tvenin “The one million pound bank note” əsəri nümayiş olunub. Tamaşa Tərcümə fakültəsinin nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ingilis ixtisası üzrə təhsil alan tələbələr tərəfindən ingilis dilində səhnələşdirilib.

Tamaşada rektorun məsləhətçisi Anar Osmanlı, Amerika səfirinin tərcüməçisi Xaqani Əliyev, Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, Roman dillərinin tərcüməsi və nəzəriyyəsi kafedrasının müdiri dosent Aynur Quliyeva iştirak edib.

Xaqani Əliyev Azərbaycan Respublikasının multikulturalizm dəyərlərinə toxunub və azyaşlı tələbələrin ingilis dilində bu cür səlis danışmasını yüksək qiymətləndirib.

Sonda Anar Osmanlı tamaşanın yüksək səviyyədə təşkil olunduğunu bildirib və tələbələri təbrik edib.