XƏBƏRLƏR

ADU-nun professorunun yeni uğurları

12 iyun, 2019

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Fərman Zeynalov 2018-ci ildə uğurlarına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “İlin Beynəlxalq Elm adamı” mükafatı ilə təltif edilib.

2019-cu ilin may ayında Fərman Zeynalovun daha bir irihəcmli məqaləsi 7,08 reytinqli İMPAKT faktorlu (Tomson Reuter) jurnalında çap olunub. Jurnalın baş redaktoru və redaksiya heyəti məqalə müəllifinin intellektual töhfəsini yüksək qiymətləndirib və onu sertifikatla təltif ediblər.

2019-cu ilin iyun ayında Dünya elmində və təhsilində töhfələrinə görə Avropa Elm Cəmiyyəti, Avropa Təbiət Elmlər Akademiyası və Qabaqcıl Alimlər Cəmiyyətinin birgə təşəbbüsü və Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə F.Zeynalov “Avropanın Fəxri Alimi” diplomu ilə təltif olunub. Həmin ilin iyun ayında onun həm də Dünya elmində və təhsilində xidmətlərinə görə Birləşmiş Millətlər Şurasının İctimai Mükafatı (UNCOPA) olan “Avropa Xidmət” ordeni ilə mükafatlandırılıb.