XƏBƏRLƏR

Şəlalə Babayevanın “Diplomatik xidmətin psixoloji əsasları” monoqrafiyası çap olunub

24 may, 2019

Təhsil fakültəsi Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayevanın “Diplomatik xidmətin psixoloji əsasları” adlı monoqrafiyası çapdan çıxıb.

Müəllif diplomatiyanın psixologiya ilə əlaqələrini, diplomatik xidməti və diplomat şəxsiyyətinin psixoloji xüsusiyyətlərini işıqlandırıb.

Müasir psixologiyada şəxsiyyətin təşəkkülü və inkişafının müxtəlif aspektləri öyrənilir. Burada isə məhz diplomat şəxsiyyətinin davranışının özünüidarəsi, özünütənzimetməsinin yolları araşdırılıb.

Monoqrafiyanın elmi redaktoru psixolologiya üzrə fəsəfə doktoru, dosent Ulduz Qəzvini, rəyçilər psixolologiya üzrə fəsəfə doktoru Əzim Əliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sevdagül Əliyevadır.