Qlobal problemlərə həsr olunmuş interaktiv dərs keçirilib
Azərbaycan Dillər Universiteti SABAH qruplarının tələbələri Aytən Davudova və Murad Hüseynov pedaqoji təcrübə keçdikləri 6 saylı tam orta məktəbdə inteqrativ dərs təşkil ediblər. Dərsdən öncə qonaqlar, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu dərsin keçirilmə məqsədləri və YUNESKO-nun fəaliyyəti haqqında danışıb, məktəbin bu kimi layihələrdə qazandıqları uğurlarla tanış olublar.
Keçirilmiş interaktiv dərs ingilis dili və coğrafiya fənlərini özündə əks etdirib, YUNESKO-nun diqqət mərkəzində olan qlobal problemlərdən biri, qida qıtlığı və qida israfı mövzusu ətrafında baş tutub.
Dərs prosesində, şagirdlər qrup şəklində işləyib, maraqlı video və iş vərəqlərindən istifadə olunub, şagirdlərə paylanmış tapşırıqlardakı mövzular müzakirə edilib. Bu məsələdə əsas diqqət şagirdlərin bu proyektdə iştirakına yönləndirilib. Dərs prosesindən qənaətbəxş nəticə əldə edilib. Dərs sonunda qonaqlar dərsin təşkili ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, metodist Könül Hacıyevaya və fənn müəllimi Həsənova Səlimə xanıma dəstək, kömək və əməkdaşlığına görə öz dərin təşəkkürlərini bildiriblər.
Sonda qonaqların şagirdlər üçün gətirdikləri oyuncaqlar təqdim olunub.