“İlham Əliyev-Yeni Əsrin Yeni Lideri”
ADU-nun Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının filogiya üzrə fəlsəfə doktoru Gülşən Məhərrəmova 304a qrupunda “İlham Əliyev-Yeni Əsrin Yeni Lideri” adlı dəyirmi masa keçirib. Tədbirdə kafedranın müdiri dosent Mehriban Hüseynova İlham Əliyevin Əsrin Lideri olduğunu vurğulayıb: “Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir”.
Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqli çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar.
Həyatın sürətlə inkişaf etdiyi, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda xarici siyasətdə müəyyən düzəlişlər etməyi vacib sayan Azərbaycan Prezidenti İlham Əliyev onu müasir dövrün tələblərinə uyğunlaşdırır. Dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar tələbələrin çıxışlarında qeyd olunub.