XƏBƏRLƏR

“AXC: 1918-1920-ci illərə baxış” mövzusunda dəyirmi masa keçirilib

24 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU-da) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Qafqazşünaslıq kafedrasının təşkilatçılığı ilə “AXC: 1918-1920-ci illərə baxış” mövzusunda dəyirmi masa keçirilib. Fakültənin dekanı, dosent İbrahim Kazımbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq hazırlanan tədbirlər planı haqqında məlumat verib. O, AXC-nin yaranmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu bildirib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi“Azərbaycan Xalq Cümhuriyyəti – 100. Müstəqilliyin çətin yolu”  mövzusunda geniş məruzə ilə çıxış edib. Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov “Nəriman Nərimanov və AXC nümayəndələri”, kafedranın dosentləri Xatirə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizin məntiqi yekunudur”, Namiq Kərimov “Şərqin ilk demokratik parlamentinin yaradılması və fəaliyyəti” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.