XƏBƏRLƏR

Şəmistan Əlizamanlı ilə görüş keçiriləcək

24 may, 2019
27 may saat 14:00-da Azərbaycan Dillər Universitetinin Akt zalında Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı ilə görüş keçiriləcək. Görüş zamanı öncə qonağa suallar ünvanlanacaq, sonra Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları səsləndiriləcək.  Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti görüşə dəvətlidir.