ADU tələbələri Maştağada təlim keçiblər
21 may, 2019
May ayının 15-də Azərbaycan Dillər Universitetinin SABAH qruplarının III kurs S301-1 və S301-2 (Sabah) tələbələri Şükürlü Ləman, Mirzəcanzadə İlhamə, Cəfərli Nigar Sabunçu rayonu Maştağa qəsəbəsinin 255 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdləri üçün“Münaqişə və onun həlli yolları”, “Stress”, “QİÇS” və s. mövzularda təlim keçiblər.
Tədbirin keçirilməsində məqsəd cəmiyyətin təqdir edərək qəbul etdiyi norma, hərəkət və davranış sisteminə uyğunlaşmanın vacibliyi, mədəniyyət, əxlaq, hüquq normalarının pozulmasınının xoşagəlməz nəticələri, insan orqanizminə və həyatına zərərli təsirləri barədə şagirdlərdə təsəvvür və anlayış formalaşdırmaq olub.
Tələbələr şagirdlərlə birlikdə mövzu ilə bağlı geniş müzakirələr, qrup işləri təşkil ediblər.