XƏBƏRLƏR

“İsrail dövlətində sosial vəziyyət” və “İsrailin xarici siyasəti” mövzusunda seminar keçirilib

21 may, 2019

İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı və İsrail dövlətinin Bakıdakı Səfirliyinin müşayiəti ilə birgə İsrail Dövləti Xarici İşlər Nazirliyinin gənc diplomatları xanım Şifra Veys və cənab Doron Pe'erin iştirakı ilə “İsrail dövlətində sosial vəziyyət” və “İsrailin xarici siyasəti” mövzusunda seminar keçirilib.

İlk olaraq “İsrailin xarici siyasəti” mövzusunda çıxış edən Doron Pe'er bu istiqamətdə İsrailin atdığı əsas addımlar, qonşu ölkələrlə münasibəti  və qarşılıqlı əməkdaşlıq istiqamətlərinə toxunaraq İsrail üçün xarici siyasət anlayışını izah edib.

Qonşu ölkələrlə sülh şəraitində yaşamağa üstünlük verən İsrailin xarici siyasətində Azərbaycanın xüsusi rolu vurğulanaraq Azərbaycan neftinin ən böyük alıcılarından birinin məhz İsrail olduğu qeyd olunub. Xarici siyasətində iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verən İsrail bu sahədə texnoloji sistemi də inkişaf etməkdə maraqlıdır.

“İsrail dövlətində sosial vəziyyət” mövzusunda çıxış edən xanım Şifra Veys ilk İsrailin etnik tərkibi haqqında məlumat verib. Əhalisinin əksəriyyətini yəhudilər təşkil etsə də, İsraildə müxtəlif etnik qruplar-ərəblər, druzlar, bahailər və s. yaşadığı qeyd olunub. Yəhudilərin özləri belə öz aralarında dindar yəhudilər, dünyəvi yəhudilər, aşkenazi yəhudilər, sefaradi yəhudilər deyə qruplara ayrılır.

Bütün qruplara məxsus nümayəndələrin ölkədə bərabərhüquqlu şəraitdə yaşadığını qeyd edən Şifra Veys hətta həmin qruplara məxsus məktəblərin olduğunu, hər kəsin öz dininə rahat şəkildə etiqad etdiyini vurğulayıb. Sonda tələbələrin sualları cavablandırılıb. ב21 למאי מרכז לחקר ישראל והמזרח התיכון ערך סמינר בהשתתפותם של דיפלומטים של משרד החוץ של ישראל ובליווי שגרירות ישראל בבאקו  בנושא " המצב החברתי בישראל " ו" מדיניות החוץ של ישראל ". ראשית, דורון פייר, שדיבר על "מדיניות החוץ של ישראל", תיאר את גישת מדיניות החוץ של ישראל ,צעדים העיקריים של ישראל בכיוון זה, את יחסיה עם שכנותיה ותחומי שיתוף הפעולה ההדדי. צוין כי ישראל שמעדיפה לחיות בשלום עם שכנותיה היא אחת מהקונות הגדולות ביותר של הנפט האזרביג'אני.ישראל, שמקדישה תשומת לב מיוחדת לפיתוח היחסים הכלכליים במדיניות החוץ, מעוניינת גם בפיתוח מערכת טכנולוגית בתחום זה. בהתייחסה לנושא "המצב החברתי במדינת ישראל", דיברה גב'  שפרה וייס על ההרכב האתני של ישראל. למרות שרוב האוכלוסייה היא יהודית, יש קבוצות אתניות שונות בישראל - ערבים, דרוזים, בהאים ואחרים היהודים עצמם מחולקים לקבוצות של יהודים אדוקים, חילונים, יהודים אשכנזים ויהודים. שפרה וייס ציינה כי כל חברי הקבוצה חיים במדינה שוויונית ויש להם בתי-ספר משלהם והם יכולים לבטא את אמונתם בחופשי. בסוף הם ענו לשאלות של סטודנטים.