Təhsil fakültəsinin tələbələri ilə görüş keçirilib

Mayın 17-də ADU rektorunun icra intizamına nəzarət işləri üzrə müşaviri Abduləli İsmayılovun rəhbərliyi altında Təhsil fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə hüquq şöbəsinin baş hüquqşünası Əli Mustafayev, rektorun məsləhətçisi Anar Osmanlı və Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov da iştirak ediblər.
İclasda çıxış edən rektorun müşaviri Abduləli İsmayılov və baş hüquqşünas Əli Mustafayev Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən tədrislə bağlı tələbələrin hüquq və vəzifələri haqqında geniş məlumat veriblər. Eyni zamanda, tələbələr son dövrlərdə təhsil sistemində qəbul edilmiş yeni qərar və dəyişikliklərlə bağlı məlumatlandırılıblar.
Daha sonra görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, lazımi məsləhətlər verilib.
Sonda rektorun məsləhətçisi Anar Osmanlı tələbələrə hüquq və vəzifələrini bilməyi, eləcə də, sosial şəbəkələrdən qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etməyi məsləhət görüb.





