XƏBƏRLƏR

ADU tələbəsinin təcrübəsi “525-ci qəzet”də uğurla davam edir

20 may, 2019

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirəcək olan Filologiya və jurnalistika ixtisasında oxuyan tələbələrin istehsalat təcrübəsi davam edir.

Mayın 17-si Filologiya və jurnalistika fakültəsinin Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı “525-ci qəzet”in redaksiyasında təcrübə keçən tələbə ilə görüşüb.

Qəzetin baş redaktorunun müavini Yusif Rzayev tələbədən razı qaldığını, yazı üslubunu bəyəndiyini, tələbənin redaksiyada qəzetlə yaxından maraqlandığını vurğulayıb. Eyni zamanda tələbənin işə məsuliyyətlə yanaşdığını, verilən tapşırıqların öhdəsindən yetərincə gəldiyini qeyd edib.