XƏBƏRLƏR

ADU-nun tələbələri Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya ediblər

20 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın təşkilatçılığı ilə  Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya ediblər.

Məlumdur ki, hər il 18 may dünya mədəni ictimaiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq həmin tarixdə ölkəmizin digər qoruq və muzeylərində olduğu kimi, Qobustanda da Açıq qapı günü təşkil edilib. Ekskursiya zamanı tələbələr ilk öncə, açıq səma altında yerləşən qayaüstü rəsmləri yaxından izləyiblər. İbtidai icma quruluşundan başlayaraq, cəmiyyətin tarixi inkişaf mərhələlərini əks etdirən və tarix elmi  üçün böyük əhəmiyyəti olan  qayaüstü rəsmlər, qədim insanların həyat və məişəti ilə bağlı digər maddi mənbələr tələbələrdə hədsiz maraq doğurub.

Eyni zamanda, tələbələr burada fəaliyyət göstərən muzeydə də olub və burada sərgilənən eksponatlarla tanış olublar.