XƏBƏRLƏR

ADU-da Mizuhiki sənəti ilə bağlı tədbir keçirilib

20 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə klassik Yapon incəsənət nümunəsi olan Mizuhiki sənəti ilə bağlı tədbir keçirilib.

Görüş Mizuhiki sənəti üzrə Yaponiyada peşəkar fəaliyyət göstərən Hideki Nakane tərəfindən həyata keçirilib. O, tələbələrə sənət haqqında geniş məlumat verib və onlarla birlikdə çiçək ornamenti hazırlayıb.

Qeyd edək k, ənənəvi Mizuhiki sənəti xüsusi düyünlərdən istifadə edilən sənətdir. Müxtəlif formalarda olan düyünlər saç bəzəyi kimi, həmçinin kimono üzərinə bəzək kimi də istifadə olunur. Düyünlər bağlanış formasından asılı olaraq xoş və bəd günlər üçün ayrı-ayrı formalarda bağlanır. Mizuhiki sənətində istifadə olunan 90 sm-lik uzun saplar düyü kağızından hazırlanır.