XƏBƏRLƏR

ADU-da “Bədən dili" mövzusunda təlim təşkil edilib

20 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbələrlə iş və tərbiyə şöbəsinin təşkilatçılığı ilə "Bədən dili" mövzusunda təlim təşkil olunub. Azərbaycan Texniki Universiteti və Çexiya Respublikasının Brno Texniki Universitetinin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı və Qhtxeber.az saytının redaktoru, NLP ustası Sənan Nəcəfov olub.

S.Nəcəfov “Kütlə qarşısında çıxış", "NLP vasitəsi ilə mükəmməl ünsiyyətin qurulma texnikaları",  “Bədən dilindən necə istifadə etməli”,  “Kütləni necə ələ almaq olar” mövzularında çıxış edib.

Təlimdə, həmçinin mövzu ilə bağlı video və slaydlar nümayiş olunub.

Təlim müddətində tələbələr mimika və jestləri anlamağın yolları və qarşılarındakı insanın duruş və baxış tərzinin analiz edilməsi haqqında, eyni zamanda təqdimatlar zamanı çıxışın effektiv alınması üçün gərəkli məlumatlar əldə ediblər.