XƏBƏRLƏR

"Müasir beynəlxalq münasibətlərdə milliyyətçilik problemi" - dəyirmi masa

17 may, 2019

Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə may ayının 16-da ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində "Müasir beynəlxalq münasibətlərdə milliyyətçilik problemi" mövzusunda dəyirmi masa keçirilib.

Təbirin açılışını edən Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə iştirakçıları salamlayaraq, tədbirin əhəmiyyətindən, milliyyətçilik probleminin dövlətlərarası münasibətlərə təsirindən bəhs edib. Fakültə dekanının müavini professor Əli Məmmədov milliyətçilik haqqında ümumi giriş məlumatı ilə çıxış edib.

Daha sonra kafedranın baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mehriban Babaxanova milliyyətçilik və vətənpərvərlik haqqında tələbələrə məlumat verib.

Tədbiri 342a qrupunun tələbələri Abudov Cavidan və Ümid Məmmədov təqdimatla mövzu ilə bağlı tədbir iştirakçıları qarşısında çıxış ediblər. Həmçinin tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Abbas Əliyev və Könül Şirinova da mövzu ilə bağlı maraqlı məruzələr ediblər.

Tədbir müzakirələrlə davam edib.