XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi AzTV-də uğurla davam edir

16 may, 2019

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirəcək olan filologiya və jurnalistika ixtisasında oxuyan tələbələrin istehsalat təcrübəsi davam edir.

Mayın 15-də Filologiya və jurnalistika fakültəsinin İstehsalat və pedaqoji təcrübə üzrə dekan müavini, ped.f.d. Afət Namətova, Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d.,dos. Nurlanə Mustafayeva Azərbaycan Dövlət Televiziyasının Xəbərlər departamentində rəhbərlik və tələbələrlə görüşüblər.

Görüşdə Xəbərlər departamentinin direktoru Mehriban Məmmədova tələbələrin istehsalat təcrübəsində fəallığından çıxış etmiş, tələbələrin hazırladığı süjetlərdən, müsahibələrdən, göstərdikləri fəallıqlarından razı qaldığını bildirib.

O, qeyd edib ki, “Peşəkar və istedadlı tələbələrə həmişə kömək etməyə hazırıq,  tələbələrimizi gələcəyin peşəkar jurnalistləri kimi görməyimizə ümid edirik və qapılarımız həmişə peşəkar, yaradıcı tələbələrimizə açıqdır”.

Təçrübəçi tələbələr də təcrübə keçirdikləri müəssisədən razı qaldıqlarını və təcrübədən sonra da bu müəssisə ilə əməkdaşlıq edəcəklərini qeyd ediblər.

Aparıcı Hüsniyyə Hüseynova “News room” otağı, rejissor Ramilə İsmayılova ADU-nun müəllim və tələbə heyətinə təchizatlar haqqında məlumatlar verib.