XƏBƏRLƏR

“İlk 5 dəqiqə - özünü təqdim et” mövzusuda təlim keçirilib

16 may, 2019

ADU-də Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri Nərgiz Seyidovanın  təşəbbüsü ilə Etika Akademiyasının rəhbəri, hüquqşünas, Britaniya təhsilli HR Günel İbrahim “ilk 5 dəqiqə - özünü təqdim et” adlı mövzu ilə tələbə və müəllim heyətinin qarşısında çıxış edib.

İnsan psixologiyasının çoxcəhətli və bir o qədər vəhdətdə olması təlimin başlıca məğzini təşkil edib. Təlim bu köklü qanunauyğunluğun fundamental əhəmiyyətə malik olduğunu  bir daha ortaya çıxarıb.

Bunları nəzərə alaraq, G.İbrahim rənglərin insan psixologiyasına təsiri, özünü təqdim  etmədə, qarşı tərəfdə ilk təəssüratı doğru yaratmada sözlərin və davranışların rolu kimi toxunduğu mövzularla tələbələrin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə təlim prosesinin məhsuldarlığının yüksəldilməsinə xidmət edib.

Sonda G.İbrahim “hər kəsin özünü aid olduğu yerdə tapması”  arzusunu ən səmimi sözləri ilə dinləyicilərə ifadə edərək təlimi xoş təəssüratlarla başa çatdırıb.